Məhəmmədi ailəsi: “İran xalqı totalitar və dini hökumətə qalib gəlib” - VİDEO

      Məhəmmədi ailəsi:    “İran xalqı totalitar və dini hökumətə qalib gəlib” -    VİDEO
  09 Dekabr 2023    Oxunub:1139
İranda həbsdə olan azərbaycanlı siyasi məhbus və qadın haqları müdafiəçisi, məcburi hicaba qarşı çıxan Nərgiz Məhəmmədinin övladları Kiana və Əli Rəhmani analarının layiq görüldüyü Nobel Sülh Mükafatını almaq üçün Noveçə səfər ediblər.
AzVision.az Norveçdəki Nobel İnstitutunun “İnstagram” səhifəsində yayımlanan məlumata istinadən xəbər verir ki, Məhəmmədinin ailəsi yaxın günlərdə onun adından mükafatı qəbul edəcəklər.

Maraqlıdır ki, Məhəmmədinin Nobel Sülh Mükafatının alması üçün dəvətində “Xanım Nərgiz Məhəmmədi, Evin həbsxanası, Tehran, İran” ünvanı göstərilib.

Xanım Məhəmmədinin övladları Oslo hava limanında “İran xalqı totalitar və dini hökumətə qalib gəlib” bəyanatını səsləndiriblər.

Qeyd edək ki, oktyabrın 6-da Nobel Fondu həbsdə olan Nərgiz Məhəmmədini 2023-cü il Sülh Mükafatının qalibi elan edib.

AzVision.az


Teqlər: Məhəmmədi   Norveç  





Xəbər lenti